Rusiyada etiraz aksiyaları - Aleksey Navalnı saxlanıldı

Rusiyada etiraz aksiyaları - Aleksey Navalnı saxlanıldı
  12 İyun 2017    Oxunub:2118
Rusiyada müxalifətçi Aleksey Navalnının təşkilatçılığı ilə anti-korrupsiya aksiyaları keçirilir.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aksiyalara 17 mindən çox insan qatılıb.

Polisdən verilən məlumatlara görə, təkcə Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyasında 200-dən çox şəxs saxlanılıb.

Məlumatlarda bildirilib ki, Moskva, Kazan, Krasnoyarsk, Omsk, Tomsk, İrkutsk, Çelyabisnk şəhərlərində keçirilən aksiyalar insidentisz başa çatıb.

Aksiyalarla əlaqədar saxlanılanlardan biri də müxalifət lideri Aleksey Navalnı olub. Bununla bağlı onun həyat yoldaşı Yuliya məlumat verib. O, Navalnının yaşadığı evin girişində saxlanıldığını bildirib.

AzVision.az



Teqlər: Rusiya   Moskva   Etiraz  





Xəbər lenti