Andrey Karlovun qətli ilə bağlı şok iddia

Andrey Karlovun qətli ilə bağlı şok iddia
  12 İyun 2017    Oxunub:5553
Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun qətli ilə bağlı yeni məlumat yayılıb.
AzVision.az xəbər verir ki, Ankara Prokurorluğunun iddianaməsində yerə alan məlumata görə, Karlov Fəthulla Gülən hərəkatının (FETÖ_ tərəfdarlarının əmri ilə qətlə yetirilib.

Prokurorluğun iddiasına əsasən, qətli törədən polis əməkdaşı Mövlud Mərt Altıntaşın FETÖ-nün 5 üzvü ilə əlaqəsi olub.

Bundan başqa, qatilin Kiprdə otellərin birində fəthullaçılarla görüşdüyü və təlimatlar aldığı məlum olub.

Qeyd edək ki, Rusiyanın səfiri ötən ilin dekabrında Ankarada sərgi salonunda qətlə yetirilib.

AzVision.az


Teqlər: Rusiya   Səfir   Karlov   Qətl  





Xəbər lenti