Rusiyanın Ermənistana satdığı silahlar açıqlandı

Rusiyanın Ermənistana satdığı silahlar açıqlandı
  13 İyun 2017    Oxunub:4142
BMT Rusiyanın 2016-cı ildə silah satdığı ölkələrin adını açıqlayıb.
Beynəlxalq təşkilatın açıqladığı siyahıda müxtəlif ölkələrin, eləcə də Ermənistanın adı yer alıb.

BMT-nin adi silahlar haqqında qeydiyyatına əsasən, Rusiya bu ölkələrə “Smerç”, “TOC-1A” ağır reaktiv artilleriya sistemləri, “Konkurs –M” tankəleyhinə raketlərlə yanaşı 300 ədəd zenit-raket kompleksi satıb.

Ermənistan tərəfi bir müddət əvvəl Rusiya hərbi sənayesinin ən son nailiyyətlərindən olan “Verba” və “İqla-S” zenit-raket komplekslərini aldığını iddia etmişdi.

AzVision.az


Teqlər: BMT   Rusiya   Ermənistan   Silah  





Xəbər lenti