Seçkiöncəsi əfv gözlənilirmi?
Prezident Yanında Əfv Komissiyasının üzvü, 27 nömrəli orta məktəbin direktoru Cəmilə Ramazanova dünən keçirilən iclasda iştirak etmədiyini deyib. “Əfvin olub-olmayacağı barədə dəqiq məlumatım yoxdur. Amma onu deyə bilərəm ki, biz həmişə bu məsələnin üzərində işləyirik. Əfv fərmanının verilməsi Prezidentin səlahiyyətindədir”.
Əfv komissiyanın yenidən iclasının olması ilə bağlı suala isə C.Ramazanova cavab verib ki, bununla bağlı məlumatı yoxdur: “Əgər yenidən iclas çağırılsa, bizə də məlumat veriləcək”.
Millət vəkili Elmira Axundova bildirib ki, əfv fərmanının verilməsi barədə danışmaq tezdir. Onun sözlərinə görə, komissiyanın iclasları davam etdiriləcək.
Sevinc İLTİFATQIZI
Teqlər: