ATƏT-in XİN rəhbərləri iyulda görüşəcək

ATƏT-in XİN rəhbərləri iyulda görüşəcək
  13 İyun 2017    Oxunub:1053
Rusiya və Avstriya xarici işlər nazirləri Sergey Lavrov ilə Sebastyan Kurts arasında telefon danışığı baş tutub.
AzVision.az Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı iyulun 11-də Avstriyanın Mauerbax şəhərində keçiriləcək ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-formal görüşünə hazırlıq məsələləri müzakirə olunub.

Danışıq zamanı regional və beynəlxalq məsələlərlə yanaşı, görüşə hazırlıq məsələləri də müzakirə edilib.

Qeyd edək ki, 2017-ci ildə ATƏT-ə Avstriya sədrlik edir.

AzVision.az



Teqlər: ATƏT   XİN  





Xəbər lenti