Məmmədyarov ingilis həmkarı ilə görüşüb

Məmmədyarov ingilis həmkarı ilə görüşüb
  04 Sentyabr 2013    Oxunub:1049
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş əsnasında ilk növbədə tərəflər arasında BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlıq məsələlərinin geniş şəkildə müzakirə edildiyi görüş zamanı qarşılıqlı şəkildə iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün əlverişli perspektivlərin olduğu vurğulanıb. Yüksək iqtisadi nailiyyətlər əldə etmiş Azərbaycanın 2015-ci ildə Avropa oyunlarına ev sahibliyi edəcəyi münasibətilə təbrik edən Uilyam Heyq ölkəsinin Londonda keçirilmiş Yay Olimpiya Oyunlarını uğurla təşkil etdiyini və bu sahədə Böyük Britaniyanın öz təcrübəsini Azərbaycan ilə bölüşməkdən məmnun olacağını diqqətə çatdırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti