ABŞ-da konqresmen güllələndi

ABŞ-da konqresmen güllələndi
  14 İyun 2017    Oxunub:1688
ABŞ Konqresinin üzvü naməlum şəxslər tərəfindən güllələnib.
AzVision.az “CNN”-ə istinadən xəbər verir ki, hadisə Virciniya ştatının Aleksandria şəhərində baş verib.

Məlumata əsasən Konqresin Nümayəndələr Palatasının üzvü Stiv Skaliz (Steve Scalise) öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Skaliz də daxil olmaqla, bir neçə nəfər yaralanıb.

Respublikaçı olan Skalize Luiziana ştatında 1965-ci ildə anadan olub.

Hadisə barədə prezident Donald Trampın məlumatlandırıldığı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Konqres  





Xəbər lenti