San-Fransiskodakı atışmada 4 nəfər ölüb - Yenilənib

San-Fransiskodakı atışmada 4 nəfər ölüb - Yenilənib
  15 İyun 2017    Oxunub:1451
San-Fransiskoda UPS post şirkətinin binasında baş verən atışmada ölənlərin sayı 4 nəfərə çatıb.
Polislə atışmada yaralanan silahlı şəxs xəstəxanada ölüb.

Şahidlərin sözlərinə görə, şirkətin uniformasında olan şəxs qəflətən insanlara atəş açmağa başlayıb.

***
(22:00)

ABŞ-ın San-Fransisko şəhərində atışma olub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində azı iki nəfər ölüb, beş nəfər yaralanıb.

Məlumata görə, hadisə United Parcel Service poçt şirkətinin ofisində baş verib. Atəş açan şəxs yaralanıb. O, xəstəxanaya çatdırılıb.

AzVision.az


Teqlər: ABŞ   Atışma   İnsident  





Xəbər lenti