Emomali Rahmon Sarkisyana Qarabağın həlli yolunu göstərdi

Emomali Rahmon Sarkisyana Qarabağın həlli yolunu göstərdi
  15 İyun 2017    Oxunub:13365
Tacikistan münaqişələrin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarıdır.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Tacikistan prezidenti Emomali Rahmon bildirib.

Müxtəlif ölkələr və regionlarda baş verən hadisələrdən narahatlığını bildirən Tacikistan prezidenti İrəvana Qarabağ münaqişəsinin həlli yolunu göstərib.

"Sülhpərvər təcrübəmizdən irəli gələrək biz fikir ayrılıqları və münaqişələrin ümumi qəbul olunan beynəlxalq normalar çərçivəsində həllinin tərəfdarıyıq. Bizim fikrimizcə, Dağlıq Qarabağ da daxil olmaqla belə çətin problemlərin həlli üçün danışıqlar ən konstruktiv həll yoludur".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Tacikistan   Qarabağ   İrəvan  





Xəbər lenti