"Rusiyanın xilafətə çevrilməsinə imkan vermərəm" - Putin
"Bilirsiniz, heç bir dünyəvi din pislik mənbəyi ola bilməz. İslamda da bir çox istiqamətlər, cərəyanlar var. Burada əsas şiələr və sünnilərdir. Biz görürük ki, onların arasında dərin ziddiyyətlər var. Düşünürəm ki, bu, nə vaxtsa aradan qaldırılmalıdır", - deyə Putin bildirib.
Stoun daha sonra Putindən soruşub: "Bəs, Moskva xilafət olacaq?".
"Bax, buna heç cürə yol vermərik. Siz baxın, Vaşinqton necəsə xilafətə çevrilməsin", - deyə prezident bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az