Prezident Salyanda

Prezident Salyanda
  04 Sentyabr 2013    Oxunub:1373
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanıb. Ümumi sahəsi 22 min kvadratmetr olan parkda Ulu Öndərin möhtəşəm abidəsi ucaldılıb.
Abidə Azərbaycanın Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanıb.

Diqqətə çatdırıldı ki, parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınıb, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, qranit və asfalt döşənib, su anbarı inşa olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti