Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə edəcək

Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə edəcək
  15 İyun 2017    Oxunub:1392
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fransalı həmkarı Jan-İv Le Drianla görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, tərəflər arasında bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi isitisna edilmir: “Bu, təbiidir. Belə ki, fransalı həmkarlarımızla bir çox məslələrdə daim dialoqdayıq, həmçinin bu məsələ ilə bağlı.Fransalı həmkarlarımızla bunu diqqətdə saxlayırıq”.

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra Azərbaycan, Ermənistan, Rusiya XİN rəhbərlərinin görüşü gözlənirmi?" sualına cavabında Zaxarova deyib: “Hələ ki, səfər davam edir. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri ölkəyə qayıtdıqdan sonra bununla bağlı rəsmi açıqlama veriləcək”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əsas götürülməsinin vacibliyini bəyan etməsi ilə bağlı erməni jurnalistin sualına cavabında isə Zaxarova bildirib ki, münaqişə tərəflərinin problemin həlli ilə bağlı öz yanaşması mövcuddur:

“Münaqişənin nizamlanması üçün müəyyən format mövcuddur. Bu, həqiqətən də köhnə problemdir, hansı ki, burada kompromisin tapılmasına ehtiyac var. Kompromisin axtarılması tərəflərin mövqelərinin - bir-birinə nə qədər zidd olmasından asılı olmayaraq - yaxınlaşdırılmasıdır. Hazırkı vəziyyət problemin həllini tələb etdiyi üçün son zamanlar təmaslar intensivləşib. Təmaslar isə müxtəlif formatlarda keçirilir. İstərdik ki, kompromis tez tapılsın. Çünki, nə qədər tez tapılsa, bir o qədər yaxşıdır. Ancaq bu kompromis Dağlıq Qarabağda yaşayan əhaliyə ziyan dəyməməklə əldə olunmalıdır”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Fransa   Qarabağ   Lavrov  





Xəbər lenti