Baş nazirin arvadı qətlə yetirildi

Baş nazirin arvadı qətlə yetirildi
  15 İyun 2017    Oxunub:2656
Afrika ölkəsi olan Lesotonun yeni baş naziri Tom Tabanenin inauqurasiya mərasimindən sonra onun həyat yoldaşı qətlə yetirilb.
AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, 58 yaşlı Lipolelo Tabanenin meyiti paytaxt Maserudan bir qədər aralıda aşkar edilib.

Polisin məlumatına görə, o, rəfiqəsi ilə birgə evə qayıdarkən naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Lipolelo hadisə yerində keçinib, onun rəfiqəsi isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cütlük 2012-ci ildə boşanmaq üçün ərizə təqdim etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Afrika   Baş-Nazir   Qətl  





Xəbər lenti