Ermənistan vətəndaşları: “Biz öz torpağımızda rusların əsiriyik”
"Tankları, yük maşınlarını əkin sahələri ilə aparırlar. Şikayətlərimzə baxan yoxdur. Biz öz torpağımızda rusların əsirinə çevrilmişik"- Marmaşen sakini deyib.
Qeyd edilib ki, Marmaşen yolu bu yaxınlarda tamamilə asfaltlanıb. Hərbi bazaya xəbərdarlıq edilib ki, tanklar asfaltlanmış yolla hərəkət etməsinlər, digər rayon yolundan yararlana bilərlər.
"Onlara deyildi ki, sahələrdən uzaq yolla keçsinlər, lakin məhəl qoymurlar, yanacağa qənaət edirlər".
Marmaşen bələdiyyəsinin sədri Aşot Yeğoyanın sözlərinə görə, rus hərbçilər kənd ərazisində təxminən 12 hektardan çox əkin sahəsinə ziyan vurub.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Ermənistan Gümrü Hərbi-baza