Saakaşvili Kazbekə çıxacaq

Saakaşvili Kazbekə çıxacaq
  04 Sentyabr 2013    Oxunub:1270
Gürcüstan prezidenti Mixail Saakaşvili Mkinvartsveri (Kazbek) dağını fəth etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, bu barədə Milli Alpinizm Federasiyasının “Facebook” səhifəsində məlumat verilib.

Rusiya ilə sərhədin Gürcüstanın Kazbek rayonuna köçürülməsi barədə xəbər internetdə səs-küyə səbəb olub. Milli Alpinizm Federasiyası isə həmin informasiyanın yalan olduğunu bildirib.

“Gürcüstan prezidenti Mkinvartsveridə dağa qalxmağa hazırlaşdığı üçün burada təhlükəsizlik tədbirləri gücləndirilib” – federasiya vurğulayıb.

Xatırladaq ki, avqustun əvvəlində Saakaşvili Tsalencix rayonunda yerləşən Tobavarçhili gölü ətrafında üç günlük piyada yürüşə çıxmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti