“Qarabağ problemini özümüz həll edə bilərik” - Belarus prezidenti

“Qarabağ problemini özümüz həll edə bilərik” - Belarus prezidenti
  15 İyun 2017    Oxunub:2829
“Biz Qarabağ, Dnestryanı, Ukrayna və problemləri özümüz həll edə bilərik”.
AzVision.az “Belta” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri ilə görüşü zamanı deyib.

Lukaşenko bildirib ki, münaqişələri xarisi təsirlər olmadan həll etmək mümkündür.

“Bu, bizim problemimizdir, bunları özümüz həll etməliyik. İstərdik ki, mövcud problemlərimiz masa arxasında Minsk, Moskva, İrəvan və digər şəhərlərdə həll edilsin”.

AzVision.az


Teqlər: Qarabağ   Lukaşenko  





Xəbər lenti