Putin müxalifətlə əməkdaşlığa hazırdır

Putin müxalifətlə əməkdaşlığa hazırdır
  15 İyun 2017    Oxunub:1195
Rusiya prezidenti Vladimir Putin müxalifətlə əməkdaşlığa hazır olduğunu bəyan edib.
AzVision.az-ın məlumatına görə, Putin bu gün canlı yayımla çıxışı zamanı bildirib ki, öz siyasi məqsədləri üçün digərlərinin çətinliklərindən yararlanan qüvvələrlə əməkdaşlıq etməyəcək.

"Mən həqiqətən də məqsədi insanların güzəranını yaxşılaşdırmaq, ölkənin qarşısında duran problemləri həll etmək olan, onsuz da həmişə və hər yerdə mövcud olan çətinliklərdən öz siyasi piarı üçün istifadə etməyən istənilən şəxslə danışmağa hazıram. Amma bu çətinliklərdən siyasi məqsədlər üçün istifadə edəndə, onları daha da dərinləşdirirlər" — deyə Putin bildirib.

Putin vurğulayıb ki, problemlər ətrafında spekulyasiya aparmaq yox, onların həlli variantlarını təklif etmək lazımdır.

AzVision.az




Teqlər: Rusiya   Putin  





Xəbər lenti