Türkiyədə 23 hərbçiyə ömürlük həbs verildi

Türkiyədə 23 hərbçiyə ömürlük həbs verildi
  16 İyun 2017    Oxunub:1115
Ankara Məhkəməsi ötən ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan bir qrup hərbçiyə hökm oxuyub.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 23 hərbçi ömürlük həbs cəzasına məhrum edilib.

Hərbçilər çevrilişinə cəhd zamanı ölkədəki konstitusiya quruluşunu dəyişməkdə, Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırqanı zorla saxlamaqda ittiham olunublar.

Məhkəmənin hökmü ilə iki nəfər bəraət alıb. Prezident Qvardiyasının keçmiş alay komandiri, polkovnik Muhsin Kutsi Barış isə 12 il azadlıqdan məhrum edilib.

AzVision.az


Teqlər: Türkiyə   Qiyam   Hərbçi   Həbs  





Xəbər lenti