Londonda daha bir bina yanır

Londonda daha bir bina yanır
  16 İyun 2017    Oxunub:2069
Böyük Britaniyanın paytaxtı Londonda daha bir yaşayış binasında yanğın baş verib.
AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub.

Hazırda Şedvell rayonunda baş verən yanğının qarşısının alınması istiqamətində əməliyyat aparılır.

Yanğın binanın sonuncu mərtəbəsində baş verib. Xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 2 gün öncə Londonda baş verən yanğında 17 nəfər ölmüşdü.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: London   Yanğın  





Xəbər lenti