Avropa Məhkəməsi Ermənistanın əleyhinə qərar çıxardı

Avropa Məhkəməsi Ermənistanın əleyhinə qərar çıxardı
  16 İyun 2017    Oxunub:1809
Avropa İnsan Haqları Məhkəməsi "Qevorq Dnqizyan Ermənistana qarşı" işi ilə bağlı qərar qəbul edib.

AzVision.az ermən KİV-lərinə istinadən xəbər verir ki, qərara əsasən Ermənistan hakimiyyəti zərərçəkmiş Qevorq Dnqizyana 3600 avro məbləğində kompensasiya ödəməlidir.
Şikayəti Avropa Məhkəməsinə vəkil Tiqran Atanesyan təqdim edib.

Qeyd edək ki, verilən hökm mülkiyyət hüququna aiddir. Qevorq Dnqizyan 2003-cü ildən ata evinə sahiblənməyə çalışır. Ermənistan məhkəmələrində hüquqları pozulan vətəndaş Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Avropa-Məhkəməsi  





Xəbər lenti