Cəmil Həsənli, yoxsa İlqar Məmmədov?
`Köçəri Nağıbəylinin İlqar Məmmədova dəstək verməsinin “El” ilə Milli Şura arasındakı münasibətlərə heç bir aidiyyatı yoxdur. Bu məsələlərə ayrı-ayrı kontekstdə yanaşmaq lazımdır`.
Milli Şuranın digər üzvü Elman Məmmədzadə deyib ki, Köçəri Nağıbəyli öz seçimində azaddır :`O, öz seçimində müstəqildir. Biz deyə bilmərik ki, Cəmil Həsənliyə səs ver`.
Qeyd edək ki,“El” Hərəkatının sədri Eldar Namazovun müavini və qurumun Milli Şuradakı təmsilçilərindən biri olan Köçəri Nağıbəyli
mətbuata verdiyi açıqlamada Azərbaycan xalqına müraciət edərək, onları prezident seçkilərində üzvü olduğu Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə deyil, başqa bir namizədə səs verməyə çağırıb. “El” Hərəkatının rəsmisinin xalqdan dəstək istədiyi namizəd isə ReAl Hərəkatının həbsdə olan sədri, prezidentliyə namizəd İlqar Məmmədovdur.
Nihadə