Türkiyədə daha bir deputat həbs edildi

Türkiyədə daha bir deputat həbs edildi
  17 İyun 2017    Oxunub:1810
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Altan Tan həbs olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) seçilən A.Tan məhkəmənin qərarı ilə 2 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, 2012-ci ildə Şanlı Urfada təşkil olunan Norvuz şənliyində səsləndirdiyi fikirlərə görə deputata qarşı cinayət işi açılmışdı.

Ona xalqı kin və düşmənçiliyə təhrik etmək ittihamı irəli sürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti