Tramp Kuba ilə sazişi ləğv edib

Tramp Kuba ilə sazişi ləğv edib
  17 İyun 2017    Oxunub:1515
ABŞ prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarı ləğv edib.

TASS xəbər verir ki, bu barədə Tramp Mayamidə çıxış edərkən bildirib.

“Mən tam şəkildə əvvəlki administrasiyasının qərarını ləğv edirəm. Qərar dərhal qüvvəyə minir”, - deyə ABŞ prezidenti vurğulayıb.

Tramp Kubanı yeni, hər iki ölkənin maraqlarına cavab edən razılaşma hazırlamağa çağırıb. ABŞ prezidenti rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyətin gərginləşdirilməsində ittiham edib.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti