ABŞ səfirliyi terror xəbərdarlığı etdi

ABŞ səfirliyi terror xəbərdarlığı etdi
  17 İyun 2017    Oxunub:1477
ABŞ-ın Tacikistandakı səfirliyi bu ölkədə terror aktlarının törədilə biləcəyi haqda xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə “Gazeta” nəşri məlumat yayıb.

“Son zamanlar Tacikistanda terror qruplaşmaları tərəfindən heç bir hücumun həyata keçirilməməsinə baxmayaraq, belə bir hücumun baş vermə ehtimalı son 6-12 ay ərzində artıb”, - deyə məlumatda bildirilib.

Səfirliyin məlumatına görə, bir neçə terror təşkilatı Tacikistan ərazisində terror aktı törədə bilər.

Bununla bağlı, ABŞ səfirliyi öz vətəndaşlarından Əfqanıstanla sərhəddən və insanların sıx toplaşdığı ərazilərdən uzaq olmağı xahiş edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Tacikistan   ABŞ   Terror  





Xəbər lenti