Yaralı erməni əsgərlər təcili İrəvana aparıldı

Yaralı erməni əsgərlər təcili İrəvana aparıldı
  17 İyun 2017    Oxunub:4436
Ötən gün təmas xəttində baş verən toqquşmalarda ağır yaralanan təxribatçı erməni hərbçilər İrəvanın Mərkəzi klinik hərbi hospitalına yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Hərbçi Myasnik Martin Ovanisyan və Vardan Armen Harutyunyanın ağır güllə yarası aldığı bildirilib.

Qeyd edək ki, ötən gün təxribat törədən düşmən ordusunun 3 əsgəri məhv edilib, 2 hərbi qulluqçu isə ağır yaralanıb.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Qarabağ   Təxribat  





Xəbər lenti