Putin: “ABŞ Türkiyədə qiyam olacağını öncədən bilirdi”

Putin: “ABŞ Türkiyədə qiyam olacağını öncədən bilirdi”
  17 İyun 2017    Oxunub:6386
Rusiya prezidenti Vladimir Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində deyib ki, ABŞ xüsusi xidmət orqanları Türkiyədə hazırlanan dövlət çevrilişindən xəbərdar olub.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin vurğulayıb ki, prezident Rəcəb Tayyib Ərdoğan heç vaxt ona amerikalıların çevrilişə hazırlıqda iştirak etdiyini deməyib:

“Lakin mən məntiqi ardıcıllığı deyə bilərəm. Əgər doğurdanda Gülən dövlət çevrilişi cəhdində iştirak edibsə, mənim bu barədə anlayışım belə yoxdur – onda ABŞ xüsusi xidmət orqanlarının baş verənlərdən xəbərdar olmamasını təsəvvür etmək olduqca çətindir”.

Rusiya lideri, həmçinin vurğulayıb ki, ABŞ-ın Hərbi Hava Qüvvələri Türkiyədə İncirlik hərbi bazasında yerləşir və bu bazanın hərbçiləri dövlət çevrilişi cəhdindən aktiv şəkildə iştirak edib.

Putin eyni zamanda öz narahatlığını da gizlətməyib. Çünki Türkiyədə ABŞ-ın taktiki nüvə silahı yerləşdirilib: “Belə dramatik hadisələr baş verdikdə isə meydana nüvə başlıqlarına nə olacağına dair sual çıxır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Putin   ABŞ   Türkiyə   Qiyam  





Xəbər lenti