Qətərə növbəti zərbə "Twitter"dən gəldi

Qətərə növbəti zərbə "Twitter"dən gəldi
  17 İyun 2017    Oxunub:1275
"Twitter" Qətərin məşhur "Əl-Cəzirə" telekanalının rəsmi hesabını bağlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, "Twitter"dən bununla bağlı rəsmi açıqlama verilməyib.

Telekanalın baş direktoru Yaser Əbu Hilal isə qeyd edib ki, əsas hesab bağlansa da, əlavə səhifə işləyir: "Müdaxilə davam edəcək, çünki həqiqət onları qorxudur".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Təlal "Twitter"ə qoyduğu 300 milyon dollar yatırım ilə şirkətin ən böyük pay sahibidir.

AzVision.az


Teqlər: Qətər   Twitter  





Xəbər lenti