Fransada seçki günü asayişi 50 min polis qoruyacaq

Fransada seçki günü asayişi 50 min polis qoruyacaq
  17 İyun 2017    Oxunub:1076
İyunun 18-də Fransada keçiriləcək parlament seçkilərinin ikinci turunda asayişi 50 min polis və 7 min hərbçi qoruyacaq.
AzVision.az TASS-a istinadən xəbər verir ki, səsvermə 2015-ci ildə baş verən terror hücumlarından sonra elan olunan fövqəladə vəziyyət rejimi fonunda keçiriləcək.

Seçkilərin ilk turunda olduğu kimi, 67 mindən çox seçki məntəqəsinin hər birinin qarşısında hüquq-mühafizə orqanlarının və özəl mühafizə firmalarının əməkdaşları növbə çəkəcəklər.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Avropada terror təhlükəsi səviyyəsi yüksək olaraq qalır.

Xatırladaq ki, Fransa parlamentinin aşağı palatası – Milli Məclisdə 577 deputat təmsil olunur. Seçkilər 2 turdan ibarət majoritar sistem üzrə 5 ildən bir keçirilir.

AzVision.az


Teqlər: Fransa   Seçki   Polis  





Xəbər lenti