İstanbulun mərkəzində bomba həyəcanı

  17 İyun 2017    Oxunub : 1397
İstanbulun mərkəzində bomba həyəcanı

İstanbul şəhərində bomba həyəcanı yaşanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Forum” Ticarət Mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı, xilasedcililər cəlb olunub. Ticarət mərkəzində olan insanlar təxliyə edilib.

Axtarışlardan sonra məlum olub ki, ticarət mərkəzində hər hansı partlayıcı qurğu aşkar edilməyib.

AzVision.az

Teqlər: Türkiyə   İstanbul