200 əsgər qidadan zəhərləndi

  17 İyun 2017    Oxunub : 996
200 əsgər qidadan zəhərləndi

Türkiyənin Manisa bölgəsində hərbçilər arasında kütləvi zəhərlənmə baş verib.

AzVision.az "Habertürk"ə istinadən xəbər verir ki, 200 əsgər axşam saatlarında zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Manisa valisi Mustafa Hakan bəzi əsgərlərin durumunun kritik olduğunu bildirib.

İlkin məlumata əsas əsgərlər qidadan zəhərlənib.

AzVision.az

Teqlər: Türkiyə   Zəhərlənmə