Zəvvarları daşıyan avtobus qəzaya düşdü: 2 ölü, 36 yaralı

  18 İyun 2017    Oxunub : 500
Zəvvarları daşıyan avtobus qəzaya düşdü: 2 ölü, 36 yaralı

Səudiyyə Ərəbistanında Mədinə şəhərinin yaxınlığında zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

AzVision.az trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 zəvvar həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, avtobusda 40-dan artıq zəvvar olub və onların hamısı Asiya ölkələrindəndir. Bütün xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

AzVision.az

Teqlər: Zəvvar   Qəza