İstanbula uçan təyyarədə insident - Yaşlı kişi sərnişini döydü

  18 İyun 2017    Oxunub : 1242
İstanbula uçan təyyarədə insident - Yaşlı kişi sərnişini döydü

Londondan İstanbula üçün təyyarədə insident baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəsinə deportasiya edilən əfqanıstanlı mühacir geri qayıtmaq istəmədiyini, orada həyatının təhlükədə olduğunu deyib.

Mühacirin bu sözləri sərnişinlərdən birinin qəzəbinə tuş gəlib. Yaşlı sərnişin ona hücum edərək sifətinə yumruqla zərbələr vurub.

Təyyarədə olan digər sərnişin və nəzarətçilər müsəlman gəncin şiddətə məruz qalmasına müdaxilə etməyiblər.

AzVision.az

Teqlər: Təyyarə   Dava   İstanbul   London