Fransadakı seçkilərdə anti-rekord qeydə alındı

  18 İyun 2017    Oxunub : 546
Fransadakı seçkilərdə anti-rekord qeydə alındı

Fransada keçirilən parlament seçkilərinin 2-ci turunda səsvermə prosesi başa çatıb.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, “İpsos/Sopra Steria” sorğu şirkətinin hesablamalarına görə, seçicilərin 57 faizi səsvermədə iştirak etməyib. Bu, Fransa tarixində anti-rekorddur.

Qeyd edək ki, parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri yerli vaxtla saat 20:00-da məlum olacaq.

AzVision.az

Teqlər: Fransa   Seçki