Makron yenə qalib gəldi: 2-ci turun nəticələri
“İrəli, respublika” hərəkatı 41,25% səs toplayaraq Milli Assambleyada 577 yerdən 355-ni əldə edib.
İkinci yerdə 22,59% səslə "Respublikaçılar" partiyası, Marin Le Penin “Milli Cəbhə” partiyası isə 9,93% səslə üçüncü yerdə qərarlaşıb.
Seçkilərin rəsmi nəticələrini sabah Fransanın Daxili İşlər Nazirliyi açıqlayacaq.
Qeyd edilib ki, parlament seçkilərinin 2-ci turunda seçicilərin 57-58 faizi iştirak etməyib.
AzVision.az