Mikayıl Cabbarovdan daha bir yenilik

Mikayıl Cabbarovdan daha bir yenilik
  04 Sentyabr 2013    Oxunub:1178
Təhsil Nazirliyində müvafiq struktur dəyişiklikləri aparılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbəqədər təhsil sektoru ilə Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi ilə Elm şöbəsi, Ümumi şöbə ilə İctimaiyyətlə əlaqələr şöbəsi birləşdirilib.

Uyğun olaraq, Məktəbəqədər və ümumi təhsil şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi və İnformasiya şöbəsi yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti