AZƏRTAC-ın saytının zəif görənlər üçün versiyası istifadəyə verilib

Agentliyin xəbərlərini bu versiyada zəif görənlər daha rahat oxuya bilərlər. AZƏRTAC-ın əsas saytında yayılan informasiyalar bu səhifədə də təkrarlanır.
Veb-səhifənin bu versiyasının özəlliyi ondan ibarətdir ki, burada şriftləri böyütmək, rəngli, ağ və qara fonlar seçmək mümkündür. Şriftlər ağ fonda qara, qara fonda isə avtomatik olaraq ağ rəngdə olur. Eyni zamanda, istifadəçi “Sazlamalar” bölməsində “Arial” və “Times New Roman” şriftlərindən birini və hərflər arasındakı məsafə ilə bağlı “Standart” və “Böyük” funksiyalarını seçə bilər. Səhifədə informasiyaların axtarışı üçün bölmə da yaradılıb.
AzVision.az
Teqlər: AZƏRTAC