Avropa İttifaqı Krıma qarşı sanksiyaları artırdı

Avropa İttifaqı Krıma qarşı sanksiyaları artırdı
  19 İyun 2017    Oxunub:1285
Avropa İttifaqı (Aİ) Krım və Sevastopola qarşı sanksiyaların müddətini daha bir il uzadıb.

AzVision.az xəbər verir ki, bu barədə qərar Aİ XİN rəhbərlərinin Brüsseldə keçirilən görüşü zamanı qəbul olunub.
“Krım və Sevastopola qarşı məhdudlaşdırıcı tədbirlər 23 iyun 2018-ci ilə qədər uzadılıb”, - deyə Aİ Şurasının yaydığı məlumatda bildirilib.

Bununla da, Krıma nəqliyyat, telekommunikasiya, energetika, neft hasilatı və neft emalı sahələrində məhsulların və texnologiyaların ixracı, həmçinin bu sahələrdə işləyən şirkətlərə istənilən texniki xidmətin göstərilməsi qadağan edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Krım   Avropa  





Xəbər lenti