Fransada 3 erməni deputat seçilib

  19 İyun 2017    Oxunub : 1048
Fransada 3 erməni deputat seçilib

İyunun 18-də Fransada keçirilən parlament seçkilərinin 2-ci mərhələsində milliyyətcə erməni olan 3 namizəd deputat seçilib.

AzVision.azxəbər verir ki, bu barədə “Armenia” birliyinin sədri Qriqor Amirzayan məlumat deyib.

Onun sözlərinə görə, Jak Marilosyan, Daniel Qazaryan və Qiyom Qasparyan deputat mandatı qazanıb: "Onların üçü də prezident Emmanuel Makronun "İrəli Respublika" hərəkatını təmsil edirlər".

O, keçmiş namizədlərdən biri Nadya Yesayanın və onun həyat yoldaşının isə milliyətcə erməni olduğunu vurğulayıb.

Q.Amirzayan sözlərinə görə, parlamentdə milliyyətcə 3 erməni deputatın olması Fransa tarixində bir ilkdir.

Şahin Qocayev
AzVision.az

Teqlər: Fransa   Seçki   Erməni