Fransa hökuməti istefaya göndərildi

Fransa hökuməti istefaya göndərildi
  20 İyun 2017    Oxunub:1933
Fransa hökuməti ötən gün keçirilmiş parlament seçkiləri ilə əlaqədar istefaya gedib.
AzVision.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron hökumətin istefasını qəbul edib. Yeni hökumətin yaxın vaxtlarda yenidən formalaşdırılacağı gözlənilir.

Parlament seçkilərindən sonra hökumətin istefası Fransada qanunvericilikdə nəzərdə tutulmayan siyasi ənənədir.

Qeyd edək ki, Fransada keçirilmiş parlament seçkilərində prezident Emmanuel Makronun "İrəli, Respublika" hərəkatı qələbə qazanıb.

AzVision.az


Teqlər: Fransa   Makron  





Xəbər lenti