Putin Suriya sahillərinə donanma yeritdi

Putin Suriya sahillərinə donanma yeritdi
  04 Sentyabr 2013    Oxunub:1207
Rusiya Hərbi Dəniz Donanmasının planları dəyişib.
Rusiyanın Hərbi-dəniz Qüvvələri Aralıq dənizinin şərq sahillərinə NATO-nun ”killer aviadaşıyıcılar” adlandırdığı Qaradəniz “Moskva” donanmasının raket kreyserlərini göndərib.

Bundan əvvəl kreyserlərin Mindel portuna yerləşdiriləcəyi nəzərdə tutulsa da, kontr-admiral Valeriy Kulikovun rəhbərliyi altında Rusiyanın Hərbi-dəniz Donanmasının planları dəyişdirilib.

Təxminən 10 gündən sonra kreyserlər Aralıq dənizinin şərq sahillərində lövbər salacaq.

Xatırladaq ki, sentyabrın 3-də yayılan xəbərlərə görə, hərbi tapşırıqları yerinə yetirmək məqsədilə Qara dəniz “Novovçerkassk”donanmasının böyük desant gəmiləri də Aralıq dənizinə yol alıb.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti