ABŞ-ın hərbi bazasının 8 əməkdaşı öldürülüb

ABŞ-ın hərbi bazasının 8 əməkdaşı öldürülüb
  20 İyun 2017    Oxunub:1278
Əfqanıstanın Pərvan əyalətində naməlum şəxslər ABŞ-ın hərbi bazasının avtomobilinə hücum edib.
AzVision.az “BBC”-yə istinadən xəbər verir ki, hücum nəticəsində bazanın 8 mühafizəçisi öldürülüb, 2 nəfər isə yaralanıb.

Hadisə iyunun 19-dan 20-ə keçən gecə ABŞ və NATO-nun bu ölkədəki əsas hərbi obyektlərindən biri sayılan “Baqram” aviabazanın yaxınlığında baş verib. Mühafizəçiləri aparan avtomobil bazaya yollanan zaman pusquya düşüb.

Hücum edən şəxslər hadisə yerindən uzaqlaşıb. Həlak olanların Əfqanıstan vətəndaşları olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti