Obyektlər bahalaşacaq
Obyektin neçə manata icarəyə verilməsindən asılı olmayaraq, vergi ödənilən zaman onun bazar qiyməti əsas götürüləcək. İcarə bazarında qiymət artımı gözlənilir. Ən azı 1-ci rübün sonlarında icarə qiymətləri ən azı 10 faiz artacaq.
Qeyd edək ki, vergi məcəlləsinə edilən dəyişikliklərin səbəbi vergidən yayınma hallarının mövcudluğu ilə bağlıdır. Buna görə də hər bir obyekt üçün fərdi qaydada bazar qiyməti müəyyən ediləcək və verginin hesablanması buna görə aparılacaq.
Qeyd edək ki, hazırda paytaxtda kommersiya obyektlərinin qiyməti 1 kv/m-ə görə 5 manatdan - 50 manata kimi dəyişir. İşləyən obyektlərin şəhərin mərkəzində orta qiyməti1 kv/m 45 manatdır, Elmlər, Nizami, Gənclik kimi ikinci zonada 1 kv/m 24-25, Əhmədli günəşli Yeni yasmalada 12-13, bakı ətrafı qəsəbələrdfə isə 6-7 manatdır. Paytaxtda ən bahalı obyektlər şəhərin mərkəzində, əsasən Səbail rayonunda yerləşir, ən ucuz obyektlər isə Bakıətrafı qəsəbələrdədir.
Qeyd edək ki, Azərbaycanda kommersiya obyektlərinin sahibi olan fiziki şəxslər əldə etdikləri gəlirin 14%-i, hüquqi şəxslər isə 20%-i həcmində vergi ödəyir.
Teqlər: