Vaqonlar dezinfeksiya olunacaq - VİDEO
Vaqonların çirklənmə dərəcəsindən asılı olaraq, dezinfeksiya işləri 3 mərhələdə aparılacaq. Birinci adi su ilə yuyulacaq, ikinci mərhələ dərman vasitələrilə həyata keçiriləcək, üçünçü mərhələdə isə yuma qaynar su ilə aparılacaq. Nadir Əzməmmədovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti vaqonların yuyulması və təmizlik dərəcəsinə nəzarət edir.
Sözügecən stansiyada yalnız kənd təsərrüfatı malları daşıyan vaqonlar yuyulacaq. Stansiyanın sahəsi 15 hektar ərazini əhatə edəcək və təmir-tikinti işlərinə yaxın 2 il ərzində başlanılacaq.