İranda 40 terrorçu saxlanılıb

İranda 40 terrorçu saxlanılıb
  20 İyun 2017    Oxunub:1465
İranın qərbində Urmiya vilayətində Xüsusi Xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində 40 nəfər terrorçu saxlanılıb.
Bu barədə İran Parlamentinin Urmiya vilayətindən olan deputatı Nadir Qazipur deyib.

Verilən məlumata görə, əməliyyatlar Urmiya vilayətinin İranşəhər, Sərdər və Mahabad şəhərlərində keçirilib.

Saxlanılanların İŞİD terror qruplaşmasına mənsub olduqları bildirilir. Onların Ramazan ayında Qədr gecəsində təşkil olunacaq mərasimlərdə terror aktları planlaşdırdığı məlum olub.

AzVision.az


Teqlər: İran  





Xəbər lenti