İran Suriyaya raket zərbələri endirdi - Xeyli ölən var

İran Suriyaya raket zərbələri endirdi - Xeyli ölən var
  21 İyun 2017    Oxunub:2271
İranın İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirməsi nəticəsində azı 65 terrorçu məhv edilib.

AzVision.az xəbər verir ki, bu barədə İslam İnqilabının Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib.
Məlumatda qeyd olunub ki, terrorçuların Suriyadakı bazalarına ortamənzilli ballistik raketlərlə zərbələr endirilib. Ümumilikdə İŞİD bazasına altı raket atılıb.

Rəsmi Tehran bəyan edib ki, zərbələr Suriya rəhbərliyi ilə razılaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Suriya   İŞİD   Raket  





Xəbər lenti