Azərbaycanlı deputat beynəlxaq təşkilata sədr seçilib
Kiril Trityak – QDİƏTPM-in baş katibi bildirib ki, bu günkü müzakirə hər kəsi narahat edən qlobal iqlim dəyişikliyi ilə bağlıdır. `Son illər bir sıra ölkələrdə 100 il ərzində müşahidə olunmayan anomal soyuq və qarlı hava müşahidə olunub. Bəzi ölkələrdə isə ekstrimal istilər keçir. Bizim məqsədimiz ondan ibarətdir ki, birləşərək bu anomal iqlim dəyişkənliyi ilə birgə bir mübarizə aparaq və çıxış yolları tapaq`-deyə, baş katib qeyd edib.
Komitənin Azərbaycandan olan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev bildirib ki, müzakirənin əsas mövzusu iqlim dəyişikliyi olsa da Azərbaycan tərəfi hər iclasda Dağlıq Qarabağ münaqişəsinə toxunur.
Komitənin iclasında Türkiyə, Rusiya, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Serbiya, Rumıniya və Ukraynadan olan nümayəndələr iştirak ediblər. Gündəlikdə duran digər məsələ isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, Ticarət, Texnologiya və Ətraf mühit məsələləri üzrə komitəyə sədr seçilməsi ilə bağlı olub. Nümayəndə heyətlərinin yekdil qərarı ilə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Musa Quliyev komitənin yeni sədri seçilib.
AzVision.az
Teqlər: