“Lapşinin səhhəti nəzarət altındadır” – Nazirlik

“Lapşinin səhhəti nəzarət altındadır” – Nazirlik
  21 İyun 2017    Oxunub:1591
Həbsdə olan bloqqer Aleksandr Lapşinin səhhəti daim nəzarətdə saxlanılır.

AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib.
Onun sözlərinə görə, penitensiar müəssisələrdə hər bir məhbusun səhhəti, saxlanma şəraiti və sağlamlıq durumu diqqət mərkəzindədir:

"Bunun üçün nazirliyin Tibb Baş İdarəsi fəaliyyət göstərir. Hər bir məhkum kimi, Aleksandr Lapşinin də səhhəti nəzarətdədir. Əgər kiminsə səhhətində problem varsa, həkim briqadası dəvət edilir və həmin məhkumun səhhətindəki problem aradan qaldırılması üçün tədbir görülür".

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Lapşin   Ədliyyə-Nazirliyi   Bloqqer   Həbsxana  





Xəbər lenti