Leyla Əliyevanın təşəbbüsü ilə daha bir müsabiqə

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir müsabiqə
  05 Sentyabr 2013    Oxunub:1121
"Mənim Xocalım" adlı foto müsabiqəyə start verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində "Mənim Xocalım" adlı foto müsabiqəyə start verilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin layihələr departamentinin rəhbəri Sevinc İsgəndərovanın bildirdiyinə görə, müsabiqədə iştirak etmək istəyənlər bu ilin 5 oktyabr tarixinə qədər müəllifi olduqları fotoxəbəri və ya Xocalı faciəsi ilə bağlı öz humanist hisslərini əks etdirən kiçik həcmli mesajı müsabiqənin [email protected] еlektron ünvanına yollaya bilərlər. Bir müddət sonra isə kampaniyanın saytında 10 ən yaxşı şəkil göstərilməklə münsiflər heyətinin açıq səsvermə qaydası ilə 3 qalib müəyyənləşdiriləcək.

Birinci yeri tutan iştirakçı oktyabrda Avropanın aparıcı paytaxtlarından birində keçiriləcək beynəlxalq fotomüsabiqədə iştirak etmək hüququ əldə edəcək. Qalan qaliblər isə xüsusi mükafatlarla təltif olunacaqlar.

Əlavə məlumatı "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının saytından (www.justiceforkhojaly.org) əldə etmək olar. Əlavə suallar yaranacağı təqdirdə kampaniyanın Facebook səhifəsinə və ya [email protected] elektron ünvanına yazmaq mümkündür.

Qeyd edək ki, 2008-ci ildə başlanan "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.





Teqlər:





Xəbər lenti