İlham Əliyev Cəlilabadda yolun açılışında iştirak edib

İlham Əliyev Cəlilabadda yolun açılışında iştirak edib
  05 Sentyabr 2013    Oxunub:1031
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib.

AzVision.az xəbər verir ki, dövlətimizin başçısı yolun tikinti işlərinin gedişini, eləcə də texniki göstəricilərini əks etdirən stendlərə baxdı.

Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il sentyabrın 28-də imzaladığı Sərəncamla Prezidentin Ehtiyat Fondundan Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun inşasına ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdır. Yolun tikintisinə 2012-ci ilin oktyabrında başlanmışdır. Ümumi uzunluğu 34 kilometr olan yolun eni 8 metrdir. Dördüncü texniki dərəcəyə aid olan yolun inşası zamanı kommunikasiya məsələlərinə də xüsusi diqqət yetirilmiş, 33 su ötürücüsü tikilib.

Qeyd edildi ki, mövcud yol bir neçə yerdə sürüşmə zonasına düşdüyü üçün hündürlüyü 2-3 metrlik yamaclar kəsilmiş, sürüşmə zonasından 10 metr kənarlaşdırılmışdır. Yol 25 yaşayış məntəqəsini birləşdirir. Bu yolun istifadəyə verilməsi 50 mindən çox əhaliyə müasir səviyyəli nəqliyyat infrastrukturundan yararlanmağa imkan verəcək.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.


Teqlər:





Xəbər lenti