Fransa prezidentindən müsəlmanlara jest

Fransa prezidentindən müsəlmanlara jest
  22 İyun 2017    Oxunub:2632
Fransa prezidenti Emmanuel Makron müsəlmanların iftar təklifini qəbul edib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, ölkə rəsmiləri ilə birlikdə Fransa İslam Şurasının təşkil etdiyi iftar mərasimində iştirak edib.

Ramazan ayının müsəlmanlar üçün əhəmiyyətindən danışan Makron orucun ədalət, paylaşım, qonaqpərvərlik ənənələri üzərində qurulduğunu deyib.

O, həmçinin Fransa universitetlərində müsəlman din xadimlərinin yetişdirilməsi üçün lazımı addımı atmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, E. Makron Fransa tarixində Fransa İslam Şurasının iftar məclisində iştirak edən ilk prezidentdir.

AzVision.az


Teqlər: Fransa   Makron   İftar  





Xəbər lenti